Bu kino var ki… – Məktəblilərin Cəfər Cabbarlı adına “ Azərbaycanfilm” kinostudiyasında ekskursiyası

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin təşəbbüsü və təşkilatçılığı, H.Əliyev Mərkəzinin iştirakı ilə oxucuların 2 Avqust Milli Kino Gününə həsr olunmuş ekskursiyası gerçəkəşib.

 

Kitabxana oxucuları Cəfər Cabbarlı adına “ Azərbaycanfilm” kinostudiyasında və Dövlət Film Fondunda unudulmaz bir gün keçiriblər. Milli kinonun təşəkkül tapmasında misisiz xidməti olmuş Cəfər Cabbarlı abidəsini ziyarətdən sonra uşaqlar kino rəssamı Əziz Məmmədovun bələdçiliyi ilə geyim, əlbəsə, rekvizit və butafor sexlərinə baş çəkiblər.Məşhur Azərbaycan filmlərində istifadə olunmuş geyim və rekvizitlərlətanışlıq ziyarətçilərdə xoş təəssürat yaradıb.Daha sonra səsləndirmə və dublyaj şöbəsinin mütəxəssisi Mehman Nadirov oxuculara bədii filmlərdə, dublyaj materiallarında səslərin, habelə müxtəlif interşumların yazılma prosesini əyani şəkildə izah edib.
Dövlət Film Fondunda qorunan köhnə işıq və çəkiliş avadanlıqları, böyük sənətkarların şəxsi kolleksiyalarından ləvazimatlar, filmlərdən nadir şəkil və geyimlər, səssiz filmlər dövrünün kino kamerası, xüsusi hava şəraitinə malik bokslarda mühafizə edilən kinolentlər, milli filmlərin məşhur səhnələrinin eskizləri də kitabxana oxucularının dərin marağına səbəb olub.Hər detal haqqında müfəssəl məlumat verən şöbə müdiri Rəşad Qasımov ziyrətçiləri işlək vəziyyətdə olan 16 mm-lik və 35 mm-lik kino qurğuları ilə tanış edib, nümunələr göstərib.
Sonda uşaqlar Dövlət Film Fondunun direktoru,tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevlə xatirə şəkli çəkdiriblər.

Yeganə Hüseynova,

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi

Kitabxananın Uşaq Şöbəsinin müdüri

 

Share: