Rusiyada helikopter radardan itib

Rusiyanın Kamçatka diyarında helikopter radarlardan itib.

“Unikal” xəbər verir ki, “Robinson” markalı helikopterdə üç nəfər olub.

Qeyd olunur ki, helikopter uçuşa başlayandan bir müddət sonra onunla əlaqə kəsilib. Onun sərt eniş etdiyi istisna olunmur.

Helikopterin axtarışları üçün bölgəyə An-26 təyyarəsi yola salınıb.

Müstəqil.Az

Share: