Ceyhun Bayramovun Mirzoyanla görüşü başladı – YENİLƏNİB

Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tvitter səhifəsində məlumat verib.

08:56

Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb.

Bu barədə Müstəqil.Az – a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində C.Bayramovun Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Müstəqil.Az

Share: