Ənvər Çingizoğlunun əziz xatirəsinə – Zemfira Ziyadqızı yazır

ELMİMİZƏ AĞIR İTKİ ÜZ VERDİ.
Hörmətli alim, etnoqraf, şəcərəşünas, geneoloq Ənvər Çingizoğlunu itirdik. Allah rəhmət eləsin.
Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

ÖLÜMDƏN ÖMÜRƏ YOL EYLƏYƏN KƏS!

Ənvər Çingizoğlunun əziz xatirəsinə ehtiramla:

Bir millət alimin itirsə əgər,
Elmin kamalında kəsir qalırmış.
İllərlə yazdığı daş kitabətək,
Tarixin qatları sızıldayırmış.

Seçib otuz illik məşəqqət yolun,
İrs-irs, nəsil-nəsil araşdırırdın.
Nə qədər “soy”undan ayrı düşəni,
Bir “kök”ün üstündə “barış”dırırdın.

Oğuz boylarından Avşarlaradək,
Keçdiyin o yollar alnında qırış.
Demə ki, gecələr rahat yatmısan,
Ürəyin sübhədək hey çabalamış.

Çəkdin köklərimi daha dərinə,
Osmanlı taxtıymış ulu oymağım,
Keçib Qızılbaşdan, Şahsevənədək,
Qədəm-qədəm gələn nəsil qaynağım.

Yazdın tarixinin xanlıqlarından,
Torpaqçün qılıncdan daman qanları.
Bəzən tamah salıb, “Şah” taxtı üçün,
Atasın, qardaşın doğrayanları.

Göylər də insanın “Ali”sin sevir,
Səmanın üzündə Nur artsın deyə,
Sən öz millətini isbata yetdin,
Millətin adını yaşatsın deyə.
Ölümdən ömürə yol eyləyən kəs!!

Müəllif: Zemfira Ziyadqızı.

11.07.2022

Share: