Mən Məsudam… -Məsud Dövran

Məsudəm

Mən Məsudəm, üzüm ağdır.
Həyat mənə açıq bağdır.
Vətən eşqi namus, ardır.
Bax beləyəm, məndə mənəm
Yurd-yuvamda bitən dənəm.

Mən Məsudəm, yazan əlim
Məğrur xalqım, məğrur elim.
Şirin şəkər axan dilim.
Bax beləyəm, məndə mənəm,
Yurd-yuvamda bitən dənəm.

Mən Məsudəm, əzəlim var.
Şeir sənət qəzəlim var.
Babalarıma bənzərim var.
Bax beləyəm məndə mənəm.
Yurd-yuvamda bitən dənəm.

Mən Məsudəm, xalq balası
Alınmayan, sərt qalası.
Düşmənimdən can alası.
Bax beləyəm, məndə mənəm
Yurd-yuvamda bitən dənəm.

Mən Məsudəm, əslim Azər ,
Şən nəğməli mahnı yazan.
Vətənimdə azad gəzən.
Bax beləyəm, məndə mənəm
Yurd-yuvamda bitən dənəm.

Məsud Dövran

Müstəqil.az

Share: