Kətəlparaq kənd Uşaq musiqi məktəbində “Qoy hər zaman gülsün uşaqlar” adlı tədbir keçirilib

Bərdə rayon Kətəlparaq kənd Uşaq musiqi məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Qoy hər zaman gülsün uşaqlar” adlı tədbir keçirilib

Bərdə rayon Kətəlparaq kənd Uşaq musiqi məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Qoy hər zaman gülsün uşaqlar” adlı tədbir keçirilib.
Tədbirdə Regional İdarənin rəisi Vəsilə Möhsümova, şəhid ailələri və övladları iştirak etmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra regional idarənin rəisi Vəsilə Möhsümova çıxış edərək bildirib ki, uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan  mühüm məsələdir. “Beynəlxalq təşkilatlar tərəfindən XX əsrin 50-ci illərindən başlayaraq uşaqlara, onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılmışdır. Azərbaycanda uşaq  məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir və prioritet istiqamət təşkil edir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.” Ölkəmizdə uşaq hüquqları ilə bağlı güclü qanunvericilik bazasının mövcudluğunu qeyd edən Vəsilə Möhsümova qeyd edib ki, mütəmadi olaraq bu qanunlar və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlmişdir.
Çıxış edən şəhid polkovnik-leytenant Elzamin Təhməzovun həyat yoldaşı Günay Elzamin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, övladlarına və sağlamlıqlarını itirmiş vətəndaşlara dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayaraq şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıkeşliyə görə ölkə rəhbərinə öz adından və şəhid ailələri adından təşəkkürünü çatdırıb.
Tədbir Kətəlparaq kənd uşaq musiqi məktəbinin hazırladığı rəngarəng musiqi nömrələri ilə davam edib.

Share: