Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində Müstəqillik Gününə həsr olunmuş konsert keçirildi

Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində 28 may Müstəqillik Gününə həsr olunmuş “Vətənim Azərbaycan” adlı solo konsert keçirilib.

Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin II sinif şagirdi Əlisoy Nuray Məhəmməd qızının 28 may Müstəqillik Gününə həsr olunmuş solo konserti keçirilib.

Konsertdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əməkdaşları , müəllim və şagirdlər iştirak edib.

Çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən və fəaliyyəti dövründə görülən işlərdən geniş söz açıb, Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. Həmçinin çıxışında, süqut edən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azbaycan dövləti daha da möhkəmləndi və yeni bir dövrə qədəm qoydu. Cənab Prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramının göstəricisidir. Bugün çiçəklənən və uğurlu inkişaf yolu ilə davam edən Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünya miqyasında tanınır. Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində bizlərə zirvələri fəth edən qalib xalq qüruru yaşatdı. Lider və qurucu rəhbər kimi tariximizin şanlı səhifəsini yazdı. Dəmir iradəsi, cəsarəti, sərhədsiz kreativ düşüncəsi və yüksək zəkası ilə Azərbaycanı dünya miqyasında söz sahibi etdi.

Konsert Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin II sinif şagirdi Əlisoy Nuray Məhəmməd qızının ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.

Share: