28 may Müstəqillik Günü Bərdə Dövlət Rəsm Qalereyasında qeyd olunub

 

Bərdə Dövlət Rəsm Qalereyasında 28 may Müstəqillik Günü ilə bağlı “Günəşli Azərbaycan” adlı tədbir keçirilmiş və sərgi təşkil olunmuşdur.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri və mədəniyyət işçiləri iştirak edib.

Öncə tədbir iştirakçıları müəssisədə təşkil olunmuş sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən və fəaliyyəti dövründə görülən işlərdən geniş söz açıb. Qeyd edib ki, bu gün Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırdır. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edilib. Hər birimiz torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edirik.

Sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının həm xalqımız üçün həm də dünya miqyasında çox böyük tarixi əhəmiyyəti olduğunu vurğulayıb.

Tədbir Kətəlparaq kənd uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.

Share: