Sabir Rüstəmxanlı İsrail səfirini təbrik etdi

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Millət Vəkili Sabir Rüstəmxanlı İsrailin müstəqillik günü münasibətilə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Corc Dikə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli cənab Səfir! İsrail Dövlətinin Milli Günü münasibətilə İsrail hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Azərbaycan Respublikası müsəlman-yəhudi birgəyaşayışının parlaq nümunəsidir. Azərbaycanlılarla yəhudilərin qardaş-bacı kimi sülh və əminamanlıq şəraitində birgə yaşayışının uzunömürlü tarixi var. Bir daha Sizi və bütün yəhudi xalqını Milli Gününüz münasibətilə təbrik edirəm! Yaşasın Azərbaycan-İsrail dostluğu!

Share: