Türkiyədə təcili yardım avtomobili qəzaya düşdü – 5 nəfər yaralandı

Türkiyənin Van-Hakkari avtomobil yolunun Güzeldere aşırımında təcli yardım avtomobili qəza edib.

Müstəqil.Az Tükiyə mətbuatına istinadən xəbər verir ki, iibb işçiləri yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı xəstə, xəstənin yoldaşı və 3 tibb işçisi olmaqla 5 nəfər xəsarət alıb.

Yaralılar bölgəyə gələn digər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Müstəqil.Az

Share: