Mədəniyyət naziri bu xanıma vəzifə verdi

Mədəniyyət naziri Anar Kərimov kadr islahatları aparıb.

Müstəqil.az xəbər verir ki, nazirin əmri ilə fəlsəfə elmləri doktoru Vəsilə Əfqan qızı Möhsümova Bərdə regional mədəniyyət idarəsinə rəis təyin edilib.

Vəsilə Möhsümova bundan öncə Ağdam rayon icra hakimiyyətində, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Qeyd edək ki, Bərdə regional idarəsi Bərdə, Tərtər, Yevlax, Mingəçevir bölgələrini əhatə edəcək.

Share: