Asif kapitan: Dənizçilərin və dənizin möhkəm xarakterli adamlarla dostluğu bütöv olur

 

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND idarəsinin  artıq əmək təqaüdünı çıxmış kapitanı Asif Orucludur

Asif bəy, sizi “Dənizçi həyatı” layihəsində xoş gördük. Necəsiz?

-Xoş görüşdük. Çox sağ olun, yaxşıyam. Siz, kollektiviniz var olun həmişə
– Mümkünsə özünüz haqda oxucularımıza məlumat verərdiniz.

– Mən 1957-ci ilin fevral ayının 21-də  Füzuli rayonu Mahmudlu-2 kəndində anadan olmuşam. Elə o kənddə də  orta məktəbi bitirmişəm. 1976-cı ildə ordu sıralarına Sovet Ordusu sıralarında xidmət etmək üçün hərbi xidmətə çağırılmışam. Rusiyanın Sevramorsk şəhərində Hərbi dəniz donanmasında xidmət etmişəm. 3 illik xidmət zamanı  matros və starşina  kimi  qulluq etmişəm. Hərbi donanmada belə bir adət var. Heyyət gəmidən çıxanda bayrağa Salam verməlidir. Bir dəfə hansısa tədbir üçün gəmidən olan 180 nəfər matros heyyəti körpüyə çıxanda bircə mənbayrağa  Salam (c’est) verdim. Bunu müşahidə edən Kamandirimiz mənə 10 gün məzuniyyət verdi. 1979-cu ilin may ayında hərbi donanmada qulluğu başa vurdum. Elə Həmin ildə də XDND-da elektrik kimi işə düzəldim .

-Uzun illərdir ki, gəmidə işlədiz, dənizlə dostluq etdiz. İndi əmək ntəqaüd2ünə çıxmısız. Necə hiss edirsiz özünüzü?

– Demək olar ki, hər şey yaxşıdır, ancaq yenə də elə bilirəm ki, nəsə çatmır. 3 il hərbi dəniz donanmasında, 43 il də XDND-da 46 il  gəmidə olmaq, dənizlə həmsöhbət olmaq və  sonra gəmidən, dənizdən  ayrı düşmək… Doğurdan da az da olsa çətindir. Sanki yaxınınla vidalaşırsan..

– Hə, zaman keçdikcə öyrəşəcəksiz, amma darıxmaq, ötən günləri xatirə olaraq yaşatmaq, o günlərə dönmək, ömrünüzə rəng qatacaq.
-Əlbəttə, düz dedyirsiz. Bizə qədər də dənizdə ömür yaşayıb, sonradan təqaüdə çıxanlar olub, bizdən sonra da olacaq. Dəniz yerindədir, dostlar sağ olsun.

-Asif bəy, əvvəlcə elektrik, sonra el. mexannik oldunuz. Bununla da kifayətlənmədiz. Daha sonra gəmi sürücüsü ixtisasına sahibləndiniz..  Biləndə ki, həyatınız dənizlə bağlandı, ixtisas da seçim etdiz? Yoxsa daha başqa bir səbəb vardı?

– Elektrik mexannik vəzifəsində  gəmidə çalışmaq gözəl ixtisas sahibi olmaq deməkdir, əlbəttə. Amma mən biləndə ki, həyatımı artıq dənizlə bağlayıram, o zaman Q. Məmmədov adına Bakı Dəniz Yolları məktəbini təkrar, bu dəfə Gəmi sürücüsü ixtisasında  oxudum.

– Siz dənizin müxtəlif hava şəraitindəki halını görmüsüz, çəkindirici hallar, bezdiyiniz məqamlar olmayıb ki?

– Kapitan  heyyətlə mişləyir, onları doğması kimi istəməlidir, qorumalıdır.  özünün yaxın dostu bilməlidir. Amma iş tələb tələbkar olmalıdır. Heyyət üzvləri peşəkar, işgüzar olduqda hər hansı hava şəraitindən asılı olmayaraq, işləmək, verilən tapşırığı yerinə yetirmək asan və  rahat olur, bilirsənki, heyyət öz işin bilir
– Dənizlə bağlı xatirələriniz az olmaz. Daha çox nəyi xatırlayırsız?

– Hər günün, hər zamanın yadda qalan, xatirələrə çevriloib bizimlə yol yoldaşı olacaq məqamlar çox olub. Ən çox xatladıgim fırtınalı havalarda işlədiyimiz günlələr olacaq desəm, ianın.
– Müxtəlif hava şəraitində işləmisiz. Dənizin sərt üzünü çox görmüsüz. Hansı hissləri keçirmisiz?

– Fırtınalı havada işləyəndə, mütləq bu iş görülməlidir, deyəndə əsas gəminin və heyyətin təhlükəsizliyini təmin etməkdir. Yenə də cavabdeh bir insan kimi ürəkdə sıxıntı olur.
– Asif kapitan, dənizlə bağlı gələckdə daha çox xəyali yaşıntılarınız olacaq. Nələrə təəssüf edə bilərsiz?

– Həyatımın dənizlə bağlı olması mənim üçün ürək açandı. Sözssüz, təəssüfləndiyimiz məqamlar da olub, amma qazandıqlarımızın, könül rahatlığımızın müqabilində bunlar xırda hisslərdir.
– Dənizdən öyrəndiyiniz, əldə etdiyiniz həyatınızın müxtəlif məqamlarında yardımçınız olubmu? Olubsa, hansılardı?

– Bir var yaxşı insan, bir də var yaxşı dənizçi, Ola bilsin ki, iş şəraitində, xarakter müxtəlifliyində çoxları üçün yaxşı insan olmayasan. Amma əminliklə deyirəm ki, mən yaxşı dənizçi olmuşam.
– Dənizçi həyatı sizin üçün nə ilə əlamətdqrdır?

-Dənizdən çox şeyləri öyrənmişəm. Dəniz zəifləri qəbul etmir, dənizçilərin və dənizin möhkəm xarakterli adamlarla dostluğu bütöv olur. Dənizz mənim üçün bütün məqamlarında əlamətdar olub. Dostluğu, möhkəm olmağı ondan öyrənmişəm.


– Peşəkar, təcrübəli kapitansız, gənclərə arzularınız nə olardı?

– Gənc dənizçilərə arzum budur ki, peşəsin sevsin, gəmini öz evi bilsin, Gəmi dənizçinin həm də evidir.
– Dononmamızın gələcəyini necə görürsüz?

– Donanmamızın ölkəmizin iqtisadi inkişafında böyük xidmətləri var,olac və olacaq da. Əminəm ki, yeni yeni lahiyələrlə dünya dənzçiləri sırasında özünə məxsus yerdə olacaq.

– Asif kapitan, bu da belə, artıq əmək təqaüdünə çıxdınız. İstəsəniz də istəməsəniz də illər hökmünü verdi, yerinizi özünüzdən sonra gələn nəslə təhvil verdiniz. Sizə mənalı istirahət arzulayıram

– Çox  sağ olun, Komandir.  Sizin sayənizdə gələcək nəslə olan arzularımızı çatdır bildik.  Yazilarinızla Donanmanı ölkəmizdə tanıdırsınız. Həmişə təəssübkeş olmusuz. Sizə həm dəniz, həm də yaradıcılıq işlərinizdə uğurlar arzu edirm.

 

Share: