Quterreş Putindən öncə Ərdoğanla görüşəcək

BMT Baş katibi Antonio Quterreş Moskva səfərindən əvvəl aprelin 25-də Ankaraya səfər edəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə BMT Baş Katibliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Quterreşi 25 apreldə Ankarada qəbul edəcək.

Qeyd edək ki, Quterreş aprelin 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, aprelin 28-də isə Ukraynada Prezident Vladimir Zelenski ilə görüşəcək.

Müstəqil.Az

Share: