57-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya Müdafiə Nazirliyi müharibənin 57-ci günü üçün Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov bildirib.

“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək düşmənin 140 təyyarəsi, 106 helikopteri, 512 pilotsuz uçuş aparatı, 254 zenit-raket kompleksi, 2422 tank və digər zirehli döyüş texnikası, 266 reaktiv yaylım atəşi sistemi, 1051 artilleriya və minaatanı, həmçinin 2274 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, – o bildirib.

Müstəqil.Az

Share: