Rusiya qələbə paradına hazırlığa başladı – VİDEO

Rusiya Moskvada Qırmızı Meydanda keçiriləcək Qələbə Paradına hazırlıqlara başlayıb. 

Müstəqil.Az  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin aprelin 18-də verdiyi məlumata görə, məşqlərə 11 mindən çox hərbçi, 200 hərbi texnika və təyyarə cəlb olunub.

“Qırmızı Meydanda keçirilən parada hazırlıqlara ümumilikdə 11 min hərbçi, 131 ədəd müasir silah və hərbi texnika, 77 təyyarə və helikopter cəlb edilib”, – məlumatda deyilir.

Paradın məşqi Moskva yaxınlığındakı Alabino kəndində baş tutub. Tədbirdə Müdafiə Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının hərbi təhsil müəssisələrinin tələbə və kursantları, Rusiya Federasiyası Qərb Hərbi Dairəsinin birləşmə və hərbi hissələrinin zabit, çavuş və əsgərləri iştirak ediblər.

Müstəqil.Az

Share: