İcra başçısı Vilyam Hacıyevin kadrını İŞDƏN ÇIXARDI

İmişli Rayon İcra Hakimiyyətinin başçısının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov vəzifəsindən azad edilib.

Müstəqil.Az  – ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elçin Rzayev əmr imzalayıb.

Xatırladaq ki, H.İbrahimov İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin dövründə sözügedən vəzifəyə təyin olunmuşdu.

Onu da qeyd edək ki, V.Hacıyev 2020-ci ilin may ayında həbs edilib.

Share: