Bu ölkələr Ukraynanın təhlükəsizliyinə təminat verirlər

Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Vladimir Zelenski Türkiyənin “Habertürk” telekanalına müsahibəsində bildirib.

“ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail – bunlar hələ zaminlərin hamısı deyil. Amma mən o ölkələrin adını çəkdim ki, gəlib təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır. Ona görə də bu, ilk addımdır. Bu qarantlarla görüş, sonra – təhlükəsizlik zəmanətləri ilə bağlı birgə anlaşma, sonra isə Rusiya tərəfi ilə əlaqə”, – Zelenski deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə yox, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.

Müstəqil.Az

Share: