Ukrayna ordusu daha bir şəhəri azad etdi

Ukrayna hərbçiləri şəhər və qəsəbələri Rusiya qoşunlarından azad etməkdə davam edir. “RBK-Ukrayna” “ArmyInform” Twitter hesabına istinadən yazır ki, bu dəfə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kiyev vilayətinin Buçanski rayonunda yerləşən Borodyanka şəhərini azad edib.

Bildirilir ki, təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, daha əvvəl Ukrayna mətbuatı Buça şəhərinin ruslardan azad edilməsi barədə məlumat yayıb.

Allahverdi Şahbazov

(Ukrayna)

Müstəqil.Az

Share: