Ukraynanın birinci xanımından ÇAĞIRIŞ

Ukraynanın birinci xanımı Yelena Zelenskaya beynəlxalq qurumlara müraciət edib.

Müstəqil.Az-ın məlumatına görə, o, “Li Parisien” qəzetinə müsahibəsində ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, UNİCEF və digər qurumlara növbəti dəfə çağırış edib.

“Humanitar dəhlizlərin açılmasına dəstəklə bağlı onlardan kömək istəyirik. Müharibə başlayandan bəri ölkəmizdə 100-dən çox uşaq ölüb. Biz uşaqlarımızın həlak olmasının qarşısını almaq istəyirik”,- birinci xanım bildirib.

Müstəqil.Az

Share: