“AvtoVaz” yenə istehsalı dayandırmalı olub

Rusiyanın və Şərqi Avropanın ən iri avtomobil istehsalçısı “AvtoVaz” komponent çatışmazlığına görə istehsalı qismən dayandıracaq.

23-25 mart tarixlərində istehsal tam olaraq dayandırılacaq. Bu zaman işçilərə orta əməkhaqqının üçdə ikisi qədər ödəniş ediləcək. Tolyattidəki zavodun “Granta” və “Niva” xətlərində istehsal bütün iş həftəsi ərzində dayandırılacaq. Ödənişlər də eyni qaydada hesablanacaq.

Xatırladaq ki, şirkət nəzərdə tutulandan 3 ay qabaq bütün əməkdaşlarını korporativ tətilə göndərəcək. Beləliklə, 4-24 aprel tarixlərində istehsal dayandırılacaq. Formal səbəb kimi komponentlərin çatışmazlığı göstərilir. Eyni səbəbdən şirkət 5, 9, 10 və 11 mart tarixlərində də istehsalı dayandırıb.

Müstəqil.Az

Share: