Bakıda hoteldə yanğın baş verdi

Bu gün saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Ramada Shamdan” hotelində yanğın baş verib.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli hotel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib. Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kvadrat metr sahə yanıb, hotelin binası yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının baş verdiyi “Ramada Shamdan” hoteli tanınmış iş adamı Hafiz Məmmədova məxsusdur.

Müstəqil.Az

Share: