Putin və Paşinyan Qarabağla bağlı razılaşmaların icrasını müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin saytı məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağa dair 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri, o cümlədən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müstəqil.Az

Share: