“İlham Əliyev və Ərdoğan Rusiya ilə danışıqların təşkilini təklif ediblər” –

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər”.

Müstəqil.Az  Türkiyə  KİV-ə   istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə müraciətində deyib.

O,  həmçinin ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacağını qeyd edib.

“Biz layiqli cavab veririk. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, – Zelenski bildirib.

Müstəqil.Az

Share: