Ukrayna təkzib etdi: biz danışıqlardan imtina etməmişik

Ukrayna Rusiya ilə müzakirələrdan imtina etdiyi iddialarını təkzib edib.

Bu barədə məlumatı UNİAN agentliyi yayıb.

“Bu, doğru deyil. Biz qarşıdurmaların azalması üçün həqiqi təkliflərə açığıq”, – Ukrayna prezidentinin katibliyindən bildirilib.

Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya prezidenti Vladimir Putin ötən gün günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib.

Müstəqil.Az

Share: