Zelenski İlham Əliyevə təşəkkür etdi

Prezident İlham Əliyevlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Söhbət zamanı Volodimir Zelenski humanitar yardıma görə İlham Əliyevə təşəkkür edib. Bu barədə Ukrayna lideri öz Tvitter səhifəsində yazıb.

“Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan prezidenti İlham Əliyevlə söhbətim olub. Bizə göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Dəstəyə görə minnətdarıq”, – Zelenski yazıb.

Müstəqil.Az

Share: