Rusiya hərbçiləri Çernobıl AES zonasına daxil olublar

Belarus ərazisindən Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasının (AES) zonasına daxil olub. Bu barədə cümə axşamı, fevralın 24-də Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib.

“Təhlükəli radioaktiv tullantıların anbarını qoruyan Milli Qvardiyanın hərbçiləri güclü müqavimət göstərirlər”, – Geraşenko bildirib.

O qeyd edib ki, Rusiya artilleriyasının zərbələri nəticəsində nüvə tullantıları anbarı məhv olarsa, o zaman radioaktiv toz Ukrayna, Belarus və Aİ ölkələrinin ərazilərini bürüyə bilər.

Müstəqil.Az

Share: