Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqənin vaxtı AÇIQLANDI

 

“Bu il müəllimlərin işə qəbulu müsabiqəsi iyul ayında başlayacaq və avqust qədər davam edəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, müsabiqənin keçirilməsi tarixi dəyişməyəcək və tədris ilinin əvvəlinə qədər proses başa çatacaq:

“Ötən il yay aylarında müəllimlərin işə qəbulu müsabiqəsində əsas yerləşdirmə turlarında 8 minə yaxın vakansiya yeri təqdim olunmuşdu. Sonrakı dövrdə 5 minə yaxın yer də təqdim olundu. Beləliklə, ötən il 13 minə yaxın vakansiya elan olunub. Artım dinamikası davam edir.

Bu, rekord saylardır. Düşünürük ki, cari ildə müəllimlərin işə qəbul müsabiqəsində də eyni sayda vakant yerlər elan olunacaq”.

O qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulub.

E.Bağırov əlavə edib ki, müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin daimiləşmə müsabiqəsi bu il sonuncu dəfə keçirilir:

“Gələn il müddətli əsaslarla işə qəbul olan müəllimlər yenidən imtahan verməli olacaqlar”.

Share: