Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazi əlili təqaüdsüz qoydu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən olunan şikayətlərin ardı-arsı kəsilmir. Müstəqil.Az-a ünvanlanan onlarla məktubda nazirliyin tibbi komisiyasının yarıtmaz əməllərindən bəhs olunur, insanların haqsız olaraq təqaüdlərinin kəsilməsindən söz açılır.

Müstəqil.Az olaraq olunan müraciətlərin ardınca düşdük. Nazirliyin Bakı şəhərində yerləşən Tibbi-Sosial Ekspert Komisiyası qarşısındakı izdihamdan az qala dəhşətə gəldik. Uzaq rayonlardan bur üz tutan əlillərin, şikəstlərin, fiziki qüsurlu insanların çəkdikləri əzabı sözlə ifadə etmək çətindir.
Adı çəkilən nazirliyin cavabdeh şəxsələrinin bu mənzərədən zövq almaları fikrindən uzaq olsaq da, onların insanlara yaşatdıqları bu zülmə necə rəvac vermələrini də başa düşmədik.
Müstəqil. Az-a üz tutan Qarabağ müharibəsi veteranı, qazi, Lənkəran şəhər sakini Rəcəbli Babək Akif oğlu da yüzlərlə təqaüdü kəsilənlərdəndir. Onun redaksiyamıza ünvanladıı məktubu olduğu kimi yayınlayırıq:

“Mən Rəcəbli Babək Akif oğlu, 20 dekabr 1974-cü ildə Lənkəran şəhərində anadan olmuşam. 1991-ci ildə orta məktəbi bitirmişəm. 1993-cü ildə Lənkəran rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışam.

İlk olaraq Göytəpə qəsəbəsində (köhnə Prişib qəsəbəsi) yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətə başlamışam. Bölgüdən sonra Astara şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmətimi davam etdirmişəm.

1993-cü ilin iyul ayından Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərinə qatılmışam.

Xocavənd-Fizuli-Cəbrayıl istiqamətlərində bir sıra uğurlu əməliyyatlarda iştirak etmişəm.

16 yanvar 1994-cü il tarixində Xocavənd rayonunun Şişqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanmışam.

Sağ gözün almacığını dəlib keçmiş qəlpə yarası (qəlpə baş nahiyyəsində qalmışdır) və qapalı kəllə beyin travması diaqnozu ilə hərbi xidmətdən tərxis edilmişəm. Aldığım zədələrə görə mənə II qrup 1-ci Qarabağ müharibəsi əliliyi verilmişdir. Sol gözüm tamami ilə görmür, sağ gözümün görmə qabiliyyəti çox zəifdir. Buna baxmayaraq bir ildən çoxdur ki, mənim əlilliyimə görə verilən təqaüd kəsilib. Dəfələrlə mürciət etməyimə baxmayaraq əlaqədar təşkilatlar, o cümlədəm ƏƏSM nazirliyi mənim təqaüdümü bərpa etmir və növbəti komisiya təşkil etmir.

Xatırladım ki, Ali təhsilliyəm və 3 övladım var.

Share: