Azərbaycanda sutka üzrə koronavirus statistikası açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 2 749 yeni yoluxma faktı qeydə alınıb, 3 971 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 747 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9 077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 251, ötən müddət ərzində isə ümumilikdə 6 398 476 test aparılıb.

 

Ötən gün koronavirus əleyhinə 272 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 124, buster doza üzrə vaksinasiya olunanların sayı isə 62 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 478 529, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 544, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 764 378, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 446 607 təşkil edir.

Share: