Gəncədə 3 aylıq körpə küçəyə atılıb

Gəncədə 3 aylıq körpə küçəyə atılıb. Yerli KİV-lərin məlumatına görə, körpə Atatürk prospektində yerləşən yataqxananın yaxınlığından tapılıb.

Tahir Murquzov adlı körpə anası Səbinə Murquzova tərəfindən küçəyə atılıb. O, tapılaraq Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Körpənin çəkisi 4.5 kq, boyu 55 sm-dir.

Hazırda onun vəziyyəti normaldır. Növbətçi həkim Bəxtiyar Quliyevin verdiyi məlumata görə, körpənin valideynləri ondan imtina edib.

Müstəqil.Az

Share: