Rusiyalı rejissor vəfat etdi

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Viktor Buturlin vəfat edib.

Müstəqil.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Lenfilm” kinostudiyası məlumat yayıb.

Bildirilib ki, o, bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Viktor “Sınıq işıqların küçələri” və “Ölümcül” detektiv serialları ilə məşhurlaşıb. O, həmçinin “Ekskursionist”, “Bağban”, “Səmada əyləc”, “Nüvə tanqosu” filmlərinin, “Sevgi zamanı”, “Alka”, “Yenidən yaşa”, “Diler” seriallarının rejissoru olub.

Müstəqil.Az

Share: