Azərbaycanda COVID-19-a yeni yoluxanların sayı 8 minə yaxınlaşdı, daha 23 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 min 704 yeni yoluxma faktı qeydə alınıb, 4 min 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 691 min 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 min 538 nəfər müalicə olunaraq sağalıb, 8 min 846 nəfər vəfat edib. 40 min 796 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 min 531, bu günə qədər isə ümumilikdə 6 milyon 248 min 414 test icra olunub.

Bu gün COVID-19-a qarşı 36 min 448 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 98, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 25 nəfər təşkil edib. Ölkədə buster doza vaksin alanların sayı 31 min 325 təşkil edib.

Bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 12 milyon 186 min 279, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 245 min 925, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 750 min 763 nəfər təşkil edir.

Ümumilikdə isə 2 milyon 189 min 591 buster doza vurulub.

 

Müstəqil.Az

Share: