Zaqatalada meşəlik ərazidə yanğın olub

Zaqatalada meşəlik ərazidə yanğın olub.

Müstəqil.Az – ın məlumatına görə, bu gün günorta saatlarında rayonun Lahıc kənd inzibati ərazisində, kənd bələdiyyəsinə məxsus meşə sahəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları, şəxsi heyətləri və yerli sakinlər cəlb edilib. Yanğın nəticəsində meşəlik sahənin 2 hektar ərazisində kol-kos, quru ot, xəzəl, qurumuş ağaclar və budaqları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşırma aparılır.

Müstəqil.Az

Share: