Zukerberq ilk onluqdan kənarda qaldı

“Forbes” jurnalına görə dünyanın ən zəngin 10 adamı sırasında olan “Meta”nın qurucusu Mark Zukerberq 12-ci sıraya düşüb.

2021-ci ilin noyabrında Zukerberq reytinqdə üçüncü yeri tutmuşdu, sonra onun sərvəti 134,5 milyard dollar olaraq qiymətləndirildi. Hazırda onun 87,4 milyard dollar sərvəti var.

Şirkət sosial şəbəkənin aktiv istifadəçilərinin sayının azalması, həmçinin gəlirlərinin proqnozlardan aşağı olması səbəbindən investorlarını itirib.

Müstəqil.Az

Share: