“Arsız, gülümsəyərək video çəkib, sonra da sildin”

Rusiyada məşhurlaşan azərbaycanlı reper Navainin (Nəvai Bəkirov) Bakı haqqında dediyi qeyri-etik ifadəyə bu dəfə müğənni Azd Şabanov reaksiya verib.

Müstəqil.Az xəbər verir ki, sənətçi Navainin dediklərinə görə cəzalandırılmalı olduğunu vurğulayıb:

“Əməlli çaşdın. Üzünə çox məqamları deyib, başa salmaq lazımdır. Bu baş sənə niyə verilib? Arsız, eyib-eyib gülümsəyərək üzr videosu çəkdirdin, sonra hələ bir onu da sildin. Sən kimə qulaq asırsan, hansı ağılla yaşayırsan? Necə bir beyinə malik olan insansan? Ümid edirəm, bunlar yaddan çıxmaz. Bu sözlərimi hamıya şanil etmirəm”.

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Xəyyam Nisanov da Navai ilə paylaşım edərək, onun Bakıya buraxılmamasını istəmişdi.  Navai isə üzr videosunu bir gündən sonra instaqram hesabından silib.

Share: