Tanınmış jurnalist infarkt keçirdi

“Ötən gün səhhətində problem yaranan jurnalist Azər Qismət Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun infarkt keçirdiyi məlum olub və ürəyindən əməliyyat olunub”.

Bu barədə  AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

O bildirib ki, hazırda A. Qismətin vəziyyəti normaldır: “Hazırda müalicə alır. Telefonla əlaqə saxladım, özünü yaxşı hiss etdiyini dedi. Bu gün, ya da sabah evə buraxılacaq”.

Qeyd edək ki, Azər Qismət hazırda Azərbaycan Dövlət Televiziyasında çalışır.

Share: