Deputat xarici hərbi qüvvələrin ölkəyə dəvət olunmasını İSTƏYİR

“Azərbaycan Respublikasına xarici hərbi qüvvələrin dəvət olunması, yaxud Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbuluna ehtiyac var”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

 

Q. Həsənquliyev deyib ki, bu məsələlər ayrılıqda qanunvericiliklə tənzimlənməlidir: “Xaricdən dəvət olunan hərbi qüvvələrin ölkədə qalmasına dair müvəqqəti müddət necə olmalıdır? Bununla bağlı icazə necə olmalıdır? Bu gün biz Şuşa Bəyannaməsini təsdiq edəcəyik, müəyyən beynəlxalq öhdəliklərimiz olacaq. Burada hərbi yardımdan da söhbət gedir. Ona görə də bu məsələləri qanunvericiliklə tənzimləmək lazımdır. Bu, həm də Azərbaycanı, dövlət başçısını kənar təzyiqlərdən qorumağa imkan yaradacaq, parlament bu sahədə məsuliyyəti bölüşəcək”.

Share: