Xankəndidə separatçı rejimin ləğvi prosesi – Video

Nikol Paşinyanın “Qarabağın statusu Azərbaycanın Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejimdə fövqəladə vəziyyət yaranıb.

Müstəqil.Az  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qəzet yazır ki, Qarabağdakı separatçı-terrorçu rejimlə yanaşı, “müxalifət” olan siyasətçilər də Ermənistan rəhbərliyinə qarşı üsyan qaldırıb: “İndi əsas müzakirə mövzusu budur ki, Araik Arutyunyan Paşinyanın Qarabağdan imtina prosesini sona çatdıracaq, yoxsa mübarizə aparacaq”.

Qəzet Qarabağdakı separatçı-terrorçu rejimin daxilində baş verən proseslərə də diqqət çəkib.

“Ötən ilin sonlarında Paşinyan Samvel Babayan vasitəsilə (qondarma rejimin keçmiş “müdafiə naziri” və “təhlükəsizlik şurasının” katibi) Araik Arutyunyanı “hakimiyyətdən” uzaqlaşdırmaq proqramını həyata keçirməyə başlayıb. Babayan əvvəlcə “büdcə”nin qəbuluna, sonra isə “prezidenti” (qondarma rejimin rəhbəri) impiçment elan etməyə çalışdı. Prosesin hədəfi belə idi ki, “arsax” subyektivliyini itirəcək və daha “prezident” seçə bilməyəcəkdi. Araik Arutyunyan bu plandan xəbər tutdu və birinci mərhələsinin qarşısını ala bildi. Lakin tezliklə prosesin ikinci mərhələsi olacaq. Arutyunyana qarşı etirazlar təşkil olunacağı istisna deyil”, – qəzet qeyd edib.

Müstəqil.Az

Share: