Cənab İlham Əliyevin 60 illik yubileyinə ithaf edirəm… – İlham Həsənov

Böyük şəxsiyyət, Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevin 60 illik yubileyinə ithaf edirəm.

 

Sən Heydər oğlusan İlham Əliyev !

Ölkə qarşısında, çoxdur xidmətin                                   Xalqımız ürəkdən deyir Maşallah

Sən Heydər oğlusan İlham Əliyev                                   Altmış yaş müdriklik yaşıdır Vallah

Kişiyə yaraşan uca qamətin,                                             Təki yüz yaşını görək İnşallah

Sən Heydər oğlusan İlham Əliyev!                                  Sən Heydər oğlusan İlham Əliyev!

Sən Heydər oğlusan İlham Əliyev!

Arxa dayaq durdun, öz millətinə                                                    24.12.2021 Gəncə şəhəri

Düşmənlər baş əydi, güc-qüvvətinə                                               Hörmətlə: Həsənov İlham Musa oğlu

Hamı heyran olub, şan şöhrətinə

Sən Heydər oğlusan İlham Əliyev!                                               Azərbaycan Respublikasının Əməkdar müəllimi,

1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi,

Hüsnünə deyilir, əhsən, afərin                                                  Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı,

Kamil biliyin var, savadın dərin                                                  Gəncə şəhər Veteranlar Şurasının üzvü,

Mehriban xanımın, ağıllı pərin                                           Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü

Sən Heydər oğlusan İlham Əliyev!                                            Heydər Əliyevin yaxın dostu və silahdaşı.

 

Zəfərlər üstünə, gəlir hər zəfər

Müjdələr gətirir, hər axşam-səhər

Ömürlük seçildin, dövlətə rəhbər

Sən Heydər oğlusan İlham Əliyev!

 

Daha dərdimiz yox, könlümüzdə şad

Hər tərəf gözəllik, hər tərəf abad

Çatdıq arzumuza, torpaqlar azad

Sən Heydər oğlusan, İlham Əliyev!

 

Artıq dəyişibdir, həm dövran, zaman

Yaddaşlarda qaldın, əsl qəhrəman

Adınla , qoşadır bu Azərbaycan

Sən Heydər oğlusan, İlham Əliyev!

Share: