Bu il Aralıq dənizində həlak olan miqrantların sayı 1500-dən çox olub

APA-nın xəbərinə görə, bu məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.

Təşkilat bildirir ki, 12-18 dekabr tarixlərində 466 miqrant dənizdə tapılaraq Liviyaya qaytarılıb. Bir neçə yüz nəfər dənizi keçərək Avropaya çata bilib. İl ərzində Aralıq dənizində 1500-ən çox miqrant həlak olub.
Müstəqil.Az
Share: