Şahnaz Şahin kitablarını təqdim etdi

Bu ilin dekabr ayının 170-də Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda şair-publisist Şahnaz Şahınin üç kitabının- “XOCALININ SƏRVƏRİ “, ZƏFƏR NƏĞMƏLƏRİ və “SABİRABAD ŞƏHİDLƏRI” kitablarının təqdimat mərasimi  keçirilib.

Azərbaycan Yazıçılar birliyinin katibi Elçin Hüseynbəyli tədbiri açaraq, müəllif və  təqdim edilən kitabların məziyyəti haqqında məlumat vermişdir.

Sonra ədəbi tənqidçi Əsəd Cahangir hər üç kitab barəsində ətraflı danışaraq kitabların gələcək nəslin vətənpərvər ruhda yetişməsində mühüm rolu olduğunu vurğulamışdır.

Tədbirdə iştirak edən qələm adamları öz çıxışlarında kitabların çağdaş dövrümüz üçün lazımlı olmasından bəhs edərək müəllifi təbrik edib, ona yaradıcılıq uğurlar arzulamışlar.

Tədbir sonu çıxış edən Şahnaz Şahin ona yaradılan şərait üçün Azərbaycan Yazıçılar Birliyinə və tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirmişdir.

Müstəqil.Az

Share: