Günel Eyvazlının “Nizami – 880 ilin ölməzliyi” adlı kitabı işıq üzü gördü

Yazıçı, araşdırmaçı Günel Eyvazlının “Nizami – 880 ilin ölməzliyi” kitabı işıq üzü görüb.
 
 
Böyük türk şairi Nizami Gəncəvinin yaradıcılığından bəhs edən “Nizami – 880 ilin ölməzliyi” kitabı “Nizami ili”nə həsr edilib.
 
“880 ilin ölməzliyi”, “Mağara effekti”, “Dinə fantastikadan uzaq, 21-ci əsrin insanı kimi baxsaq nə görərik?, ”“Nizaminin fikir açarı”, “Şirin”, “Yeddi gözəl”, “Bəhram şahın qarşılaşdığı sınaqlar”, “Nizami Gəncəvi yaradıcılığında həyat eşqi”, “Doğuluş”, “Fikir qığılcımları” və.s başlıqlarla əhatələnən kitabda oxucu Nizami Gəncəvi yaradıcılığı ilə tamam fərqli rakursdan tanış olacaq.
 
Qeyd edək ki, “Nizami -880 ilin ölməzliyi” kitabı müəllifin sayca dördüncü kitabıdır. Kitabın əlçatanlığını təmin etmək üçün onun ölkə daxilində bütün kitabxanalara paylanılması nəzərdə tutulub. Kitabın redaktoru Üzeyir Əlizadədir.
Müstəqil.Az
Share: