Həkim- yazıçı Məlahət Hümmətqızının “Ağ libaslı mələk” adlı kitabı çap olundu

Müstəqil.Az xəbər verir ki, həkim- yazıçı Məlahət Hümmətqızının “Ağ libaslı mələk” adlı kitabı çapdan çıxıb.
“Elm və təhsil ” nəşriyyatında işıq üzü görən kitabda müəlllifin son illər qələmə aldığı ” Biz birlikdə güclüyük”, “Sevgi hekayəsi”, “Həyat eşqi”, ” Sarımsaq”, “Ağ libaslı mələk”, ” Ana ürəyi”, ” Ümid işığı” və digər maraqlı hekayələri yer alıb.
Məlahət Hümmətqızı 2020- ci ilin aprel ayından TƏBİB- in çağırışına səs verib müxtəlif modul xəstəxanalarında – Tədris Cərrahiyyə Klinikası, Abşeron modul, Bilgəh modul, Məhəmmədli modulda könüllü olaraq koronovirus xəstələrini müalicə edib. Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə TƏBİB tərəfindən Təşəkkürnamə alıb. Pandemiya dövründə çalışdığı xəstəxanalarda yaşadıqlarını, gördüklərini ürək yanğısı ilə qələmə alıb.
Beləcə “Ağ libaslı mələk” kitabı yaranıb. 
Müəllifə yaradıcılıq  uğurları arzulayırıq.
Aysel Səfərli
Müstəqil.Az
Share: