Mədə-bağırsaq üçün ən faydalı – 10 ərzaq

Bağırsaqdakı faydalı bakteriyaları qidalandırmaq üçün biz də normal qidalanmalıyıq. Əgər onlar ac qalsa, bağırsaq mikroflorası pozulur və burdan da səhhətdə problemlər yaşanır.

Müstəqil.Az Medicina.az-a istinadən prebiotik və probiotik təsirli təbii qidaları təqdim edir:

– Alma – pektin təbii lifdir. Nazik bağırsaqda həll olmur, ona görə bağırsaqdakı bakteriyalara yetir. Gündə bir ədəd yaşıl alma yeyin;

– Banan – 7 faiz sutkalıq doza lif tərkiblidir;

– Çia toxumları – 2 qaşıq toxumda sutkalıq tələbatın 40 faizinə qədər lif var. Qanda şəkəri tənzimləyir;

– Yulaf – bağırsaqda problemi olanlar səhər yulaf yeməyə başlasın;

– Soğan – zərərli bakteriya və göbələyi məhv edir;

– Sarımsaq – qanda şəkəri, xolesterini salır, təbii antioksidantdır;

– Nut – noxud – fol turşusu və dəmirlə zəngindir;

– Qulançar – sparja – bağırsaqlar, qaraciyər, qan üçün vacibdir. Hələ də bunlar menyunuzda yoxdursa, gündə birini rasiona daxil edin.

Share: