Elşad Baratın şəhidlərə yazdığı kitaba növbəti təqdimat keçirildi

Şair Elşad Baratın ikinci Qarabağ döyüşlərində şəhid olan hərbçilərə həsr etdiyi şeirlərdən ibarət olan Ölümsüzlər adlı kitabına Salyan Rayon İcra Hakimiyyətində təqdimat mərasimi keçirilib.

Açıklama yok.
Bu barədə məlumatı E. Barat sosial şəbəkə hesabında özü yazıb və rayon rəhbərliyinə təşəkkürünü bildirib.
 
“Salyan Rayon İcra Hakimiyyətində II Qarabağ şəhidlərinə həsr olunmuş müəllifi olduğum Ölümsüzlər kitabının təqdimatı keçirildi. Tədbirdə rayon rəhbərliyi, ziyalılar və şəhid ailələri iştirak etdi. Şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürümü bildirirəm”
Açıklama yok.
 
Qeyd edək ki, Elşad Barat ikinci Qarabağ şəhidlərinin hər birinə bir şeir həsr edəcəyini bildirib və artıq Ölümsüzlər adını verdiyi kitabın ikinci cildi çapa hazırlanır.
Müstəqil.Az
Share: