Adanalı günlər… – Rəfiqə Abbasova yazır

Yaşayanlar yaxşı bilir,dost görüşü sözlə ifadə olunmayacaq qədər xoş, gözəl bir hiss yaşadır insana. Özü də gözlərində qürurla kədərin əl-ələ tutduğu vaxtda, başını dik tutub,açıq alınla dost görüşünə getdiyin bir zamanda.Sənə bu qüruru yaşadan, Vətən uğrunda torpağı qaytarıb,özü qayıtmayan,vətən torpağının bir zərrəsinə,qayasına,daşına,dağına, gözlərimizdə yaş irmağına,ürəyimizdə heykələ çevrilən igid vətən övladlarının şəhadəti və əzmi hesabına qazandığımız qürurun zirvəsində görüşəsən.
Bu görüş qardaş ölkə ilə,dostlarla neçənci görüşümüz olsa da,çox həyəcanlı və sevincli idim.
Türkiyənin Ankara şəhəri ikinci dəfə idi ki,məni bağrına basır,xəfif küləyi ilə alnımdan öpür,mənə xoş gəldin deyirdi.
Yenə ilk gəzimiz Mustafa Kamal Atatürkün anıt kabrını ziyarətlə başladı və axşam çağı olmasına baxmayaraq buradakı izdiham mənə çox xoş təsir bağışladı.Bu əsil sevgi izdihamı idi.
Sonra bayraqlarla bəzədilmiş Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etdik.Dalğalanan Azərbaycan bayrağını görüb daha da qürurlandım.
Adana ilə görüşümüz isə bir başqa aləm idi,dost sevgisi bizi elə çulğamışdı ki….
Çukurova ədəbiyyat dərnəyinin başqanı Halisə xanım Təkbaşın sıcaq bir məhəbbətlə bizi bağrına basması,Savaş Sarıkaya,Ceyhun İpteşin bir əziz kimi bizimlə görüşü heç yadımdan çıxmaz.Hələ Cahit bəy Günayın,Esat Erbilin,Riyaz Dəmirçinin köhnə dostlar kimi bizi ürəkdən salamlamağı bu görüşün nə qədər önəm daşıdığının qiymətini müəyyənləşdirir.
Karaisalı bələdiyyəsinin,Kozan mədəniyyət şəhəri bələdiyyəsinin,Sarıcam bələdiyyəsinin başkan və başkan yardımçıları ilə görüşlərimiz,düzənlənən qarşılanma mərasimləri bizi çox mutlu etdi.
Kozan bələdiyyəsinin Kaleyə təşkil etdiyi səfərimiz isə xoş xatirə kimi uzun illər yaddaşlarımızda qalacağına əminəm.6-cı Uluslararası Türk dünyası şiir və müzik festivalı bizi türk,özbək,qazax,Qırğız və b.ölkələrin ədəbiyyatçıları ilə görüşməyimizə,gözəl fikir mübadiləsi apamağımıza vəsilə oldu. “Yengi ovoz”ədəbiyyatçılar və tarixçilər birliyin başqanı Joldoşbek Monoldarovun təqdim etdiyi” Turan Birimdiqi” medalı və mərkəzi Asiya yazıçılar və tarixçilər birliyinə üzv olma döş nişanı və vəsiqəsinin təqdimatı isə mənim xüsusi sevincimə səbəb oldu. Bu dostluğumuz sarsılmaz və daimi olsun.
Belə bir görüşə vəsilə olan,mədəniyyəti,insani keyfiyyətləri ilə hamımızın sevimlisi ÇED-in Azərbaycan onursal başqanı dəyərli qardaşım İlqar Türkoğluna və bir neçə gün birlikdə bir-birimizə dayaq,sirdaş olan gözəl insanlardan ibarət nümayəndə heyətimizə dərin təşəkkürümü bildirirəm.
Doğma yurduma, Azərbaycanıma xoş xatirələr və uğurlar ilə dönüşüm,həyatımın ən gözəl,ən unudulmaz səhifələrindən biri oldu.
Yenidən görüşmək ümidi ilə,dostlar!
Rəfiqə Abbasova
Müstəqil.Az
No hay ninguna descripción de la foto disponible.
Puede ser una imagen de 11 personas, personas de pie e interior
Puede ser una imagen de 7 personas y personas de pie
Puede ser arte de 3 personas, personas de pie e interior
Puede ser una imagen de 4 personas, personas sentadas, personas de pie y al aire libre
Share: