Göygöldə Mələk İsmayılın “Həyat, niyə beləsən?” adlı şeirlər kitabının təqdimatı keçirildi… – VİDEO

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və Göygöl rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 27 Noyabr 2021-ci ildə Göygöl rayon Gənclər Mərkəzində şair MƏLƏK İSMAYILIN “HƏYAT, NİYƏ BELƏSƏN…” adlı şeirlər kitabının təqdimatı keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndəsi Babək Rəsulov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, şair- dramaturq Aləmzər Əlizadə, şair Ramiz Təmkin, şair Elton Türkel, Göygöl Təhsil şöbəsinin müdir müavini Salman Balakişiyev, Göygöl Birlyinin Gənclər Mərkəzinin əməkdaşları, Göygöl 3 saylı məktəbin müəllim və şagird kollektivi və fəal oxucuları iştirak ediblər.
Tədbirin aparıcısı, “Mirvarid Dilbazi Poeziya Məclisinin” sədri, şair, publisist Güllü Eldar Tomarlı qonaqları salamlayıb və kitab haqqında məlumat verərək, şair Mələk İsmayılın həyat və yaradıcılığından danışaraq, müxtəlif məzmunda olan şeirlərinin bədii xüsusiyyətlərindən söz açıb.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək müəllifin poeziyasından söz açıb, onun yeni kitabının müsbət qarşılanacağına inandıqlarını qeyd ediblər. Mələk İsmayıl da çıxışında bu kitabın çapında və zəhmət çəkib gələn hər kəsə təşəkkürlərini bildirib.
 
Kitabın redaktoru şair Ramiz Təmkindir.
Müəllifə yaradıcılıq uğurları arzulayırıq.
Müstəqil.Az
Share: