Ədəbiyyat İnstitutunda Həmidulla Baltobayevin mühazirəsi dinlənilib

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özbəkistanlı professor Həmidulla Baltobayevin “Özbək ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi” mövzusunda mühazirəsi dinlənilib. Hamidulla Baltobayev M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin “Özbək ədəbiyyatşünaslığı” kafedrasının müdiridir.

Mühazirədə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, filologiya elmləri doktoru Yaşar Qasımbəyli və başqa alimlər iştirak edirdilər. Eyni zamanda Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəsislər Şurasının üzvləri, institutun digər doktorant və dissertantları da mühazirəni dinləyiblər. Mühazirə maraqla dinlənilib və iştirakçıları maraqlandıran suallara cavab verilib.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.Az

Descripción no disponible.

Share: