Honkonq sularında gəmilər toqquşub

Müstəqil.Az “Seanews.az” -ın Seafarersjournal-a istinadən verdiyi xəbərə əsaslanaraq bildirir ki, qəza nəticəsində hər iki gəmiyə ciddi ziyan dəyib.

Bildirilir ki, “WAN HAI 288”-in hərəkəti qarşıdan gələn gəmi tərəfindən məhdudlaşdırılıb və toqquşmadan qaçmaq üçün limana tərəf dönə bilməyib.

2021-ci ildə inşa edilən “WAN HAI 288” konteyner gəmisi zərbədən burun hissədən ciddi zədə alıb. Gəmi təmir üçün Tayvan gəmiqayırma zavoduna çatdırılacaq.

Balker də ciddi zədələnib, qəzadan sonra yedəklərin müşayiəti ilə hərəkət edir.

Müstəqil.Az

mənbə: “Seanews.az” 

Share: