Azyaşlı qızı zorlayan seksual manyakla bağlı… – EKSKLÜZİV

İmişli rayonunda himayəsində olan azyaşlı qızı zorlayaraq onu hamilə qoyan şəxs həbs edilib.

Müstəqil.az-ın əldə etdiyi məlumata görə, ölkədə böyük əks-səda doğuran hadisəni törədən Qurban Qurbanov barəsində Cinayət Məcəlləsinin 2 maddəsi ilə iş açılıb. O, İmişli rayon məhkəməsinin qərarı ilə həbs edilib və barəsində istintaq dövrü üçün 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Qurban Qurbanov barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, 14 yaşına çatmamış şəxsə qarşı törədildikdə) və 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə iş açılıb.

Bildirilib ki, istintaqın yekununda hadisəni törədən şəxsin yekun cəzası məlum olacaq. Qeyd edilən maddələr üzrə təqsirləndirilən şəxsi 15 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, atalığı tərəfindən cinsi zorakılığa məruz qalmış 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlik ikən dünyaya gəlib. Hazırda onların səhhətinin normal olduğu bildirilir.(Publika.az)

 

Share: